Cümə axşamı, oktyabrın 28-də Joan Laporta Ronald Kumanın niyə istefaya göndərildiyini izah etmək üçün "Barselona"nın oyunçuları ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Sport”un jurnalisti Toni Xuanmarti məlumat yayıb.
Prezident həmçinin soyunub-geyinmə otağında oyunçulara bütün təyinatlar həll olunandan sonra Xavinin növbəti məşqçi olacağını açıqlayıb.
Üstəlik, Laporta oyunçulara deyib ki, onlardan daha çox şey gözlədiyi üçün birinci onlar hərəkət etməlidirlər. Xuanmarti prezidentin bəzi oyunçulardan narazı olduğunu da vurğulayıb.
Nəhayət, Serji Barcuan Xavi təyin olunana qədər müvəqqəti məşqçi kimi təqdim edilib. Son məlumatlara görə, "Əl-Sədd” Xavini pulsuz buraxmağa hazırdır, ancaq bu noyabrın 3-dən tez baş tutmayacaq.
Alpər