"Barselona" futbol klubunun keçmiş prezidenti Joan Laporta bir daha bu vəzifəyə namizəd olmaq planları barədə danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə öz mənbələrə istinadən goal.com portalı yazıb.
Mənbənin sözlərinə görə, Laporta komandaya maliyyə böhranını aradan qaldırmağa və daxili münaqişələri həll etməyə kömək edə biləcəyinə əmindir.
"Barselona”da yeni prezident seçkisi gələn ilə planlaşdırılıb.
"Vəziyyət məni həddən artıq narahat etdi. Etibar etdiyim insanları bir araya gətirirəm. Biz ciddi düşünməliyik ki, vəziyyəti necə qaydasına sala bilərik", - Laporta deyib.
Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə "katalonlar"a rəhbərlik edib. Onun dövründə "Barselona" 2 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın, 3 dəfə İspaniya Superkubokunun, 1 dəfə isə ölkə Kubokunun qalibi olub.
Alpər