Xəbər lenti

Laportanın ətrafı Messinin çevrəsi ilə əlaqədə: "Barsa" Leonu razı salacağına inanır
İdman06:26 27.07.2022

Laportanın ətrafı Messinin çevrəsi ilə əlaqədə: "Barsa" Leonu razı salacağına inanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın prezidentinin Lionel Messini geri qaytarmağa necə çalışacağı məlum olub.
Qaynarinfo bu barədə sports.ru-ya istinadla xəbər verir.
Daha əvvəl bildirilirdi ki, kataloniyalıların baş məşqçisi Xavi PSJ ilə müqaviləsi başa çatdıqdan sonra Joan Laportadan argentinalının komandaya qaytarılmasını istəyib.
Hücumçu Fransa klubuna getdikdən sonra Laporta ilə Messi əlaqə saxlamayıb.
Bununla bağlı məlumat verilir ki, Laportanın ətrafı Messinin ətrafı ilə əlaqə yaradacaq ki, zamanla Barça prezidenti ilə futbolçu arasında şəxsi söhbət olsun.
Laporta başa düşür ki, Leo Barselonanı tərk edərkən inciyib, lakin o, münasibətləri yenidən başlamaq üçün hər şeyi etməyə hazırdır.
İspaniya komandası Messini 2023-cü ilin yayında Barselonaya qayıtmağa razı sala biləcəklərinə inanır.
Alpər