Xəbər lenti

Laqunda ilə üzünü kəsdi FOTOLAR
Ölkə17:43 11.07.2016

Laqunda ilə üzünü kəsdi FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunda tikintidə çalışan fəhlə ciddi xəsarət alıb.

Hadisə rayonun Liman şəhərində baş verib. 

Şəhər sakini, 31 yaşlı Fərman Cavadlı fərdi tikinti sahəsində motorlu kəsici alətlə (laqunda) işlədiyi zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Hadisənin şahidi olan iş yoldaşları onun tavan hissədə bərkidilmiş taxta lövhəni kəsdiyi zaman ehtiyatsızlıq etdiyini görüblər. Üzüyuxarı çalışdığı an əlində sürətlə fırlanan diskli kəsici alət onun alın və sifətinin sağ tərəfini kəsib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. (report)

Qaynarinfo.Az