Xəbər lenti

“Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı (VİDEO)
İdman17:36 21.08.2017

“Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Ağdam klubu ilə hələ 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb

"Qaynarinfo"  Qol.az-a istinadən xəbər verir ki, bu video klubun saytında yer alıb. 

Qeyd edək ki, o vaxt UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzmuşdu. 

“Bu dəfə “Qarabağ”a qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır” - deyə saytdakı yazıda bildirilib. 

Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında isə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Qaynarinfo.Az