Xəbər lenti

Lebron Ceyms karyerası ilə bağlı qərar verdi - Davam, yoxsa tamam?
İdman09:36 13.07.2023

Lebron Ceyms karyerası ilə bağlı qərar verdi - Davam, yoxsa tamam?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Basketbol Liqası (NBA) komandalarından olan "Los Angeles Lakers”ın ulduzu Lebron Ceyms peşəkar karyerasını davam etdirəcəyini bildirib.
Qaynarinfo-nun məlumatına görə, Ceyms, komandasının keçən mövsüm Qərb Konfransının final seriyasında "Denver Nuggets"ə 4-0 məğlub olduqdan sonra karyerasını davam etdirməyi ətraflı şəkildə nəzərdən keçirəcəyini söyləmişdi.
Ötən mövsüm Kareem Abdul-Cabbarı keçərək NBA tarixinin bombardiri kimi ən yaxşı performans göstərən oyunçu mükafatını qazanan Ceyms açıqlamasında, "Necə olduğu məni maraqlandırmır. Çox xal qazanıram və ya meydanda nələr edə bilərəm? Mənim üçün əsl sual budur: Özümü aldatmadan bu oyunu oynaya bilərəmmi? Meydanda hər şeyimi vermədiyim gün işim bitdiyi gündür. Xoşbəxtlikdən, o gün bu gün deyil" - ifadələrindən istifadə edib.
Gələn il NBA-da 21-ci mövsümünü keçirəcək məşhur basketbolçu Dirk Novitzki, Kevin Qarnett, Robert Parish, Kevin Villis və Vins Karterdən sonra bu göstəricidə altıncı oyunçu olacaq.
Dekabrda 39 yaşı tamam olmasına baxmayaraq, liqanın ən yaxşı oyunçuları arasında yerini qoruyan ulduz basketbolçu 2022-2023-cü il mövsümünü orta hesabla 28,9 xal, 8,3 ribaund və 6,8 məhsuldar ötürmə ilə başa vurub.
Səbuhi Həsənov