Xəbər lenti

Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)
Ekonomiks 19:06 18.06.2026

Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)

2010–2023-cü illərdə Azərbaycanda lisenziyası ləğv olunan 22 bankdan 17-nin dövlət büdcəsinə vaxtında ödənilməyən ümumilikdə 17 milyon 261 min 507 manat 61 qəpik vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, ləğvetmə prosesində olan bu banklara Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Qeyd edək ki, ən çox vergi borcu olan bank 2016-cı ildə fəaliyyətinə xitam verilən "TexnikaBank” ASC-dir. 18 iyun 2026-cı il tarixinə olan məlumata görə, bankın dövlət büdcəsinə 4 milyon 796 min 367 manat 3 qəpik vergi borcu qalır.

Ən az vergi borcu olan bank isə 2015-ci ildə ləğv olunan "Evrobank” ASC-dir. Bu bankın dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu 5 min 328 manat 14 qəpik təşkil edir.

Ləğv olunan 5 bankın isə dövlət büdcəsinə vergi borcu yoxdur.

Ləğvetmə prosesində olan bankların vergi borcları belədir:

--> -->