Xəbər lenti

Lənkəran sakini özünü quyuya atdı
Ölkə13:40 19.07.2015

Lənkəran sakini özünü quyuya atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda 26 yaşlı oğlan intihara cəhd edib.
APA xəbər verir ki, rayonun Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Əli Bayramov intihar məqsədilə özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Onların səyləri ilə adı çəkilən şəxs quyudan çıxarılaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil kimi qiymətləndirilir.
Ə. Bayramovun əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.
Qaynar.info