Topaz Premyer Liqasında III tura start verilib. Qaynar.info хəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Xəzər Lənkəran" "Rəvan"ı edib. 2 qolun vurulduğu, 2 qırmızı vərəqənin göstərildiyi oyunda qalib müəyyənləşməyib - 1:1. 47-ci dəqiqədə meydandan qovulan Elşən Rzazadə "Xəzər Lənkəran"ı azlıqda qoyub. Hesabı 54-cü dəqiqədə Ramazan Abbasov açıb. Meydan sahibləri 87-ci dəqiqədə Rahid Əmirquliyevin penalti qoluna sevinib. 90-cı dəqiqədə isə "Xəzər Lənkəran"dan Manuel Skarlatake qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Rəvan"ın baş məşqçisi Emin Quliyev ilk dəfə sabiq komandası "Xəzər Lənkəran"a qarşı mübarizə aparıb. 38 yaşlı məşqçi 2005-2009-cu illərdə bu komandada oynayıb və kapitan sarğısını daşıyıb. Sonradan məşqçi kimi Lənkəran klubunda fəaliyyət göstərən Quliyev iki dəfə baş məşqçini əvəz edib. 2012-ci ildə Yunis Hüseynovun, 2013-cü ildə Karles Bakesin istefasından sonra komandaya başçılıq edən gənc mütəхəssis 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.
Turun üç oyunu sabah, biri bazar ertəsi baş tutacaq.
22 avqust
Xəzər Lənkəran - Rəvan 1:1
Qollar: Rahid Əmirquliyev, 87-pen - Ramazan Abbasov, 54.
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47. Manuel Skarlatake, 90 (Xəzər Lənkəran).
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Xəzər Lənkəran | 3 | 1 | 2 | 0 | 4-2 | 5 |
2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
3 | Qarabağ | 2 | 1 | 1 | 0 | 4-3 | 4 |
4 | Zirə | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
5 | İnter | 2 | 1 | 0 | 1 | 1-2 | 3 |
6 | Rəvan | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
7 | Kəpəz | 2 | 0 | 2 | 0 | 1-1 | 2 |
8 | Sumqayıt | 2 | 0 | 2 | 0 | 1-1 | 2 |
9 | Neftçi | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
10 | AZAL | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 2.
|
Qaynar.info