
"Xəzər Lənkəran" azarkeşləri dünənki 0:8-lik məğlubiyyətdən sonra "Fırtınal Meydanı"na yürüş ediblər
Dünənki 8-0-lıq biabırçı məğlubiyyətlə heç cür barışa bilməyən “Xəzər Lənkəran”azarkeşləri bu gün saat 20:00-da "Fırtınalar Meydanı" adlandırdıqları Lənkəran Şəhər Mərkəzi Stadionunda rəhbərliyi istefaya çağırmağı planlaşdırırdılar.
"Qafqazinfo" xəbər verir ki, azarkeşlər stadionun yaxınlığındakı körpüdə polis zorakılığına məruz qalıblar. Lənkəranlı fanatların bəzilərinin saxlanıldığı deyilir. Onların arasında futbolpress saytının əməkdaşı Elvin Cəbiyev də var.
Qeyd edək ki, bu gün xəzərli fanatlar sosial şəbəkələrdə bəyanat yayıblar. Bəyanat aşağıdakı mətndən ibarətdir:
“Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan, amma Lənkəranı biabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bu gün axşam saat 8-də hər kəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nə də mühafizədən! Bu gün etməsək nə vaxt edəcəyik?! Komandamız batır! Hər kəs gəlsin!! Axşam saat 8-də Fırtınalar Meydanının önündə olun! Biz bunu bacaracayıq İnşAllah!!!”