Xəbər lenti

Lənkəranda azarkeşlər oturacaqları qoparıb meydana atdı
İdman15:02 09.02.2014

Lənkəranda azarkeşlər oturacaqları qoparıb meydana atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

TPL-in 20-ci turu çərçivəsində Lənkəranda yerli “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilən “Böyük oyunda “gəmiqayıranlar”ın azarkeşləri ilə polis arasında xoşagəlməz hal yaşanıb. 

Qaynar.info Azerisport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran” bəzi azarkeşləri “Flaqman”ın qapıçısı Saşa Stamenkoviçin zədələnib yerdə qalmasını vaxt uzatması kimi qiymətləndirərək tribunadan oturacaqları qoparıb meydana atıblar.

Polis hadisəyə müdaxilə edərək qəzəbli azarkeşləri sakitləşdirməyə çalışıb. 

Qaynar.info