Xəbər lenti

Lənkəranda sensasiya
İdman20:30 16.08.2014

Lənkəranda sensasiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Simurq” – AZAL və “Qəbələ” – “Araz-Naxçıvan” görüşləri sabah baş tutacaq

Bu gün keçirilən 3 görüşlə Topaz Premyer Liqasında II tura start verilib. ANS PRESS-in məlumatına görə, turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Qarabağ” – “İnter” arasında baş tutub. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qapılara top vurulmayıb.
Mərkəzi oyundan fərqli, “Bakcell Arena”da baş tutan “Neftçi” - “Bakı” görüşündə isə 1 qol qeydə alınıb. Afrikalı legioner Julius Vobayın yeganə qolu “ağ-qaralar”ın mövsümdə ilk qələbəsini təmin edib.
Günün son matçı da 1:0 hesabı ilə yekunlaşıb. Çoxları “Xəzər Lənkəran”ın öz meydanında asan qələbə qazanacağını proqnozlaşdırsa da, hər şey əksinə olub. 34-cü dəqiqədə Orxan Sadıqlının meydandan qovulmasından sonra azlıqda qalan cənub təmsilçisi az sonra qapısında qol görüb. Qalan vaxt ərzində buraxılan qolun əvəzini çıxa bilməyən “Xəzər Lənkəran” mövsümün ilk ev oyununda sensasion məğlubiyyətlə üzləşib.
Topaz Premyer Liqası, II tur
16 avqust (şənbə)
“Xəzər Lənkəran” – “Sumqayıt” - 0:1
Qol: Məhəmməd Qurbanov, 37
Qırmızı vərəqə: Orxan Sadıqlı, 36
“Neftçi” – “Bakı” - 1:0
Qol: Julius Vobay, 22 
“Qarabağ” – “İnter” - 0:0
Turun “Simurq” – AZAL və “Qəbələ” – “Araz-Naxçıvan” görüşləri sabah baş tutacaq.
Qaynar.info