Xəbər lenti

Lənkəranda sərnişin avtobusu minik maşınının üzərinə aşıb: 10-dan çox yaralı var
Foto 14:35 28.01.2025

Lənkəranda sərnişin avtobusu minik maşınının üzərinə aşıb: 10-dan çox yaralı var

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.

İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->