Lənkəranda keçirilən dünənki aksiya ilə bağlı Lənkəran rayonunun Liman Şəhər İcra nümayəndəliyindən cavab gəlib.
Qaynar.info-nun elektron poçtuna daxil olan məlumatda bildirilir ki, azadlıq.info saytının 03 dekabr 2013-cü il tarixli səhifəsinə istinadən verdiyiniz “Lənkəran sakinləri aksiya keçirdi” başlıqlı yazıda guya Liman qəsəbəsində 150-yə qədər sakinin iştirakı ilə etiraz aksiyasının keçirildiyi, bir neçə jurnalistin saxlanıldığı barədə uydurma informasiya verilib.
Qeyd edək ki, benzinin qiymətinin dəyişməsi ilə bağlı nə Lənkəran şəhərində, nə də Liman şəhərində heç bir aksiya keçirilməyib. İkincisi Liman qəsəbə yox, şəhərdir. Yazıya əlavə olunmuş şəkil də saxtadır, şəkildəkilər Liman şəhərinin sakinləri deyil. Biz bu cür yazıları ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi hesab edirik. Qaynar.info