Xəbər lenti

Lerikdə “Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü
Ölkə19:12 06.05.2014

Lerikdə “Çoban Xanış”ın oğlu həyat yoldaşını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Lerikdə ağır cinayət hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə,  “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirib.

 Mərhumun yaxınları qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına müraciət edib, lakin heç bir tədbir görülməyib.

Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır.

Qaynar.info