İngiltərənin "Lester siti" (Leicester City) klubunun sahibi taylandlı biznesmen Viçay Şrivaddhanaprabha vəfat edib.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, "King Power" stadionundan yola çıxan helikopter qəzaya uğrayıb və klub rəhbərinin öldüyü təxmin edilir. "Lester siti" tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
4,9 milyard dollara sahib Viçay Şrivaddhanaprabha 2011-ci ildən "Lester siti"nin sahibi idi.
Gülşən