Xəbər lenti

Ləğv olunan lisenziyar Azərbaycana qaytarılacaqmı?
İdman16:31 04.07.2016

Ləğv olunan lisenziyar Azərbaycana qaytarılacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.
Federasiyadan "Report"a verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır.
Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür.
Qeyd edək ki, bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.
Qaynarinfo.az