"Bavariya"nın futbolçusu Robert Levandovskinin təzminat qiyməti açıqlanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Kezari Kuçarski bildirib ki, meneceri olduğu polşalı hücumçunu almaq istəyən klub 50 milyon avro ödəməlidir.
K.Kuçarski ona da deyib ki, bu məbləğ verilməyəcəyi təqdirdə, Münhen klubu Levandovskini satmağı düşünmür.
Qeyd edək ki, R.Levandovski ilə "Mançester Yunayted" maraqlanır.
Qaynar.info