Xəbər lenti

Levandovskiyə fantastik təklif
İdman11:45 06.06.2013

Levandovskiyə fantastik təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Münhenin "Bavariya" komandası Robert Levandovskinin transferi üçün Dortmund "Borussiyası"ilə danışıqlara başlayıb.

Trend-in verdiyi məlumata görə, Münhen təmsilçisi polşalı forvard üçün 30 milyon avro təklif etməyə hazırdır.

Levandovski bildirib ki, indiki klubuna hörmətlə yanaşır, lakin karyerasını həmişə oynamağı arzu etdiyi klubda davam etdirməyi istəyir.

Qeyd edək ki, "Bavariya" bundan əvvəl "Borussiya"dan Mario Götzeni 37 milyon avroya transfer edib.

Qaynar.info