Xəbər lenti

Leyla Əhmədovanın 20 ildə qazandıqlarını kim əlindən almaq istəyir? - FOTO/VİDEO
Ölkə10:44 10.10.2016

Leyla Əhmədovanın 20 ildə qazandıqlarını kim əlindən almaq istəyir? - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəribədir, niyə görə birilərinə hər şey, qalanlarına heç nə?
İyrənc sualdır, doğrudurmu? Paxıllıq yaxşı heç nə vəd etmir! Hərislik və acıq kimi....
Yaradanla mübahisə etmək özünə baha başa gələr, səni kainatın araxasına elə atar ki, tənhalıq və kədər içində ölərsən.
Əminəm ki, hamımız bu dünyaya hansısa xüsusi bir iş üçün gəlmişik və hərənin öz təyinatı var. Sadəcə, kimdəsə gözəl yaşamaq alınır, kimdəsə o qədər də yox. Biri yaradandır, digəri istehlakçı, üçüncüsü yer mələyi, başqası zalımdır. Kimsə gözəllik yaradır, kimsə də başqalarını incitməklə özünü ifadə edir.
Məqalə üçün o qədər də adi başlanğıc deyil. Fikir verirsiniz?
Ona görə ki, bu məqalədə şedevrlər yaradan qadından və bir kişidən danışılacaq. O kişidən ki, rəssam üçün ən qiymətli olan və öz xalqının şöhrəti üçün sərf edə biləcəyi ilham pərisini, vaxtını və gücünü oğurlayır.
Qadın gözəl, ağıllı və inanılmaz dərəcədə istedadlı olanda bəziləri bundan qəzəblənir. Leyla Əhmədovanın Moda Evinin və Qadın Klubunun yerləşdiyi obyektin sahibini qəzəbləndirdiyi kimi.
Fransız xanımı Leyla Əhmədova haqqında....
"Geyimdə bədiilik, orta əsr Avropa və şərq geyim mədəniyyətinin dirçəlişidir... Yüngül parçalarla zərgər dəqiqliyi ilə olan işin incə  sintezi, inanılmaz gözəllik insanı özünə valeh edir. Mənim sözüm yoxdur, heyran qalmışam. Hər bir paltar muzey eksponatıdır”, - deyə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez məşhur dizayner Leyla Əhmədovanın unikal kolleksiyası ilə ilk dəfə tanış olarkən bildirib.
Onun, indiyədək hazırlanan heç bir geyim üslubuna bənzəməyən kolleksiyasını dünyanın ən yaxşı dəfilələrində alqış sədaları ilə qarşılayıblar. Kiotoda keçirilən kolleksiyasının nümayişi zamanı Leyla Əhmədova hətta Yaponiya imperatorunu heyrətləndirə bilib.
Əhmədovanın cəmi 22 yaşı olanda onu Milana işə dəvət etmək üçün Chopard və Armani bir-biri ilə rəqabət aparırdılar. Gənc modelyerin geyimlərini əldə edən xanımlara xüsusi cazibə bəxş edən libaslar və dizaynerin qiymətli geyim eskizləri insan təsəvvürünü valeh edirdi. İstedadlı modelyerin əlləri ilə yaratdığı hər bir paltar Leyla Əhmədovanın ürəyinin bir parçasıdır. 
Yaşıl gözlü qızın cəmi yeddi yaşı olanda, o ilk dəfə olaraq əlinə iynə ilə sap alıb. 
“Gecə ətək tikdim, səhər məktəbə geyindim”, Leyla Əhmədovanın anası Ziba xanım öz xatirələrini bölüşür: “Onun uşağa xas olmayan bu marağı təəccüb doğururdu, tədricən biz onun atası ilə başa düşdük ki, bu balaca brilyant zaman keçdikcə parlaq bir ulduza çevriləcək və öz xalqını Azərbaycanın hüdudlarından kənarda tanıdacaq, biz isə ona dəstək olmağa çalışırdıq”. 
Leyla Əhmədovanın beynəlxalq müsabiqədə əldə etdiyi növbəti qələbəsindən sonra gözəlliyə əsl dəyər verən Heydər Əliyev gənc istedadı digərlərindən fərqləndirərək Polad Bülbüloğluna onu ölkənin milli sərvəti kimi qorumağı deyib. Bunu Leyla xanıma o vaxtkı mədəniyyət naziri danışıb.
Ümummilli lider hər zaman istedadlara dəstək olub, bilirdi ki, ölkəmizin əsas varlığı onlardır, məhz Leyla Əhmədova kimi insanlar Azərbaycanı bütün dünyada tanıdır və ölkəmizdə incəsənət və mədəniyyətə yüksək dəyər verildiyini nümayiş etdirirlər.
Təəsüf ki, bu gün dahi Heydər Əliyevin nəsihətləri unudulub...
Bəzi məmurların səhlənkarlığı nəticəsində ilk növbədə qadın və ana olan Leyla Əhmədovanın hüquqları kobud şəkildə tapdanır. Son 10 gündə ölkənin internet məkanı və "Facebook" səhifələrində yazılanlarda Leyla Əhmədovanın əmlakının heyasızlıq və kobudluqla kim tərəfindənsə ələ keçirildiyindən bəhs olunur. Bununla tək onun özünə və övladlarına deyil, hamımıza zərər vuruldu.
Hamımız üçün ağır bir vaxtda, dünyanın hər yerini böhran cənginə aldığı bir dönəmdə müdrik ölkə başçımız xalqa dəstək olur ki insanlar iqdisadi sarsınıtını hiss etməsinlər. İnsanları gözəlliyə tamaşa etməkdən məhrum etmək vəhşilikdir, başqa söz tampaq mükün deyil.
Leyla Əhmədovanın cəlb olunduğu məhkəmə çəkişməsinin təfərrüatına getmək istəmirəm. Modelyerin son 20 ildə böyük çətinliklə qazandığı hər şey onu öz ofisində dustaq edən şəxsə qalacaq. O şəxs ki, qanuni yolla pul qazanmaqdan başqa hər şeyi bacarır. Kimsə bunlara görə çox cidd cavab verəcək.
Hüquqi dövlətdə bütün qanunlara məhkəmələr riayət edir və hər bir şəxsin hüququ Azərbaycan konstitusiyası tərəfindən qorunur. Belə dövlətdə quldurluq yolu ilə başqasının mülkünü və uzunillik fəaliyyətinin bəhrəsinin zəbt olunmasına yol verilmir.
Məhkəmə qərarlarına etinasızlıq, vandalizm və oğurluq. Bu gün Leyla Əhmədovanın bədbəxtlikdən moda evinin yerləşdiyi məkanın sahibini bu sözlər xarakterizə edir. Bəxti gətirmədi, nə etmək olar...
Lakin ümüdsiz və cəsur qadın olan Leyla Əhmədova özünün və övladlarının hüquqları uğrunda mübarizə aparır. Namusu və vicdanı olmayan insan uzun illər əmək sərf edən insanları əliboş qoymaq istəyir.
Öz ailəsinin gələcəyi üçün narahat olan xanımın yaşıl gözləri hərdən həyacanla dolur. Məşhur modelyer hər saat ünvana yetişəcəyinə ümüd edən sözləri təkrarlamaqdan yorulmur:
- Atasının layiqli davamçısı olan, hörmətli İlham Əliyevin prezident olduğu ölkədə heç kəs mənə qarşı bu qanunsuzluğu edə bilməz. Allaha və prezidentə ümidliyəm ki, ədalət zəfər çalacaq və mən nəhayət neçə gündür görə bilmədiyim övladlarımın yanına qayıdacam. Ən əsası isə öz sevimli işimə qayıda biləcəm.
Leyla Əhmədovanın işi gözəllik yaratmaqdır. Axı hər kəs bu cür işlə öyünə bilməz bu səbəbdən hamı bu qadını qorumalı, ona mane olmamalı, əksinə yaradıcılıq üçün yaxşı şərait yaratmalıyıq. Tək Leyla Əhmədova üçün deyil, onun timsalında Azərbaycanın adının tanıdan və bu böyük ölkənin vətəndaşı olmaqdan qürur duyan hər kəs üçün.
Dünyada hər kəs Leyla Əhmədova kimi yaşayıb-işləsə, "niyə görə bəzilərinə hər şey, digərlərinə isə heç nə sualı" özü yoxa çıxar.  Başqalarının qurduğunu dağıdıb, özgənin malını güc yolu ilə ələ keçirməkdənsə, insan öz işini sevməli və başqalarının xeyrinə çalışmalıdır!
Hər kəsə uğurlar və qoy tanrı sizi modelyer Leyla xanım Əhmədovanın qarşısına çıxan insanlardan qorusun.
Hörmətlə Nərgiz Suleymanova