Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da bəzi kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, YAP 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürə bilər.//modern.az
Qaynar.info