Qaynar.info Azərbaycan fotoqrafların online fotosərgisini təqdim edir.
Bu dəfəki fotoqraf qonağımız Leyla Pənahdır.
O, 1989-cu il avqustun 1-i Bakı şəhərində anadan olub. İxtisasca maliyyəçi olsa da hər zaman yaradıcı sahələrə daha çox meyilli olub: İşimdən əlavə boş zamanlarımda özümə müxtəlif hobilər seçməkdə maraqlıyam. Bir müddət musiqiylə məşğul olsam da fotoya olan marağım musiqiyə düşkünlüyümü kölgədə qoydu.
Əsasən portret janrında fotolara üstünlük verirəm, lakin insan simalarının gizli qaldığı fotoları çəkməyi də çox sevirəm. Zənnimcə bu tip fotolar daha düşündürücü olur və insanlara gizli simaları öz təxəyyüllərində istədikləri kimi canlandırmağa imkan verir və ya onlarda maraq oyadır. Ən sevdiyim azərbaycanlı fotoqraf Abbas Atilaydır. Elə fotoqrafiyaya maraq da Abbas Atilayın fəaliyyətini izlədikdən sonra yaranıb".