
“Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorkuğa gəlməyimi istədi”, - L.Yunus Turan-a bildirib. O qeyd edib ki, görüşün səbəbləri açıqlanmayıb.
“Mən Ləmbəranskiyə dedim ki, bir şərtlə gələrəm ki, qanunsuz götürülmüş pasportlarımız mənə və həyat yoldaşıma qaytarılsın”, - L.Yunus vurğulayıb. O dəqiqlədirib ki, pasportları aldıqdan iki saat sonra prokurorluqda olacaq.
L.Yunus jurnalistlərin dəstəyini istəyib.Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönlü KİV onu erməni QHT-lərlə əməkdaşlıqda ittiham edib.Qaynar.info