Xəbər lenti

Leyla Yunusu aparmaq üçün müstəntiq göndərildi
Ölkə12:26 30.05.2014

Leyla Yunusu aparmaq üçün müstəntiq göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Leyla Yunusun prokurorluğa aparılması üçün evinə müstəntiq göndərilib

Musavat.com-a verilən məlumata görə, Leyla Yunusun evinin ətrafında mülki geyimli şəxslərin sayının artdığı müşahidə edilməkdədir. Mətbuat nümayəndələrinin ehtimallarına görə, bu, Leyla Yunusun həbsinə hazırlığın əlaməti də ola bilər.

Az öncə aldığımız məlumatda isə Leyla Yunusun prokurorluğa aparılması üçün müstəntiq İbrahim Ləmbəranskinin onun evinə göndərildiyi bildirilir. 

Xatırladaq ki, bir qədər öncə Baş Prokurorluqdan Leyla Yunusun üzürlü səbəb olmadan istintaqa gəlməkdən boyun qaçırtmasının yolverilməz olması barədə açıqlama yayılmışdı.

Qaynar.info