Xəbər lenti

Leysan Azərbaycanı vurdu: 45 kənd işıqsız qaldı
Ölkə04:53 13.06.2014

Leysan Azərbaycanı vurdu: 45 kənd işıqsız qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündür respublikanın qərb bölgəsində hava şəraitinin yağmurlu keçməsi Goranboy rayonunda da bir sıra fəsadlara yol açıb.

APA-nın məlumatına görə ötən gecə rayon ərazisinə yağan leysan kəndlərdə təsərrüfatlara xeyli ziyan vurmaqla yanaşı, elektrik və qaz xətlərini də sıradan çıxarıb.

Gecə saatlarından başlayan aramsız yağan yağış Goranboyun 45 kəndində fəsadlar yaradıb. Kəndlərə gecədən etibarən elektrik enerjisinin və qazın  verilişi tamamilə dayandırılıb. Leysan xarakterli yağış nəticəsində  yolları, evləri su basıb, çaylarda daşqın qeydə alınıb. Həmçinin yağışın  yağması əkin sahələri ilə yanaşı taxıl zəmilərinə də zərər vurub.

Güclü sel nəticəsində rayonun Kürək-Çay qəsəbəsinin sakinlərinə də xeyli ziyan dəyib. Qəsəbə sakinlərinin  həyətyanı sahəsində olan ev quşları tələf olub . Sakinlərin sözlərinə görə,  son 30 ildə belə hadisə olmayıb.

Qasırğadan ən çox rayonun  enerji təsərrüfatı, qaz təchizatı  ziyan çəkib. Belə ki, elektrik, rabitə dirəkləri, qaz boruları  aşaraq, yararsız vəziyyətə düşüb. Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev bildirib ki, qasırğa və leysanın yaratdığı  fəsadların aradan qaldırılması işlərinə  başlanıb. Hazırda rayonun  ağır texnikaları kəndlərdə işləyir. Fövqəladə Hallar Komissiyasının üzvləri hal-hazırda kəndlərdə  baxış keçirir və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Qaynar.info