
Çempionlar Liqasının C qrupunun təxirə salınmış "Mançester Siti" - "Borussiya" (Mönxenqladbax) oyunu bu gün baş tutacaq.
Qaynarinfo.Az "şəhərlilər"in rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, İngiltərənin Mançester şəhərindəki oyun bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, qrupun digər görüşündə "Barselona" "Seltik"i 7:0 hesabı ilə darmadağın edib. Bu matç isə dünən yağan güclü yağmur nəticəsində təxirə salınıb. Leysan Mançester şəhərində küçə və yolların su altında qalmasına səbəb olub.
Qaynarinfo.Az