Xəbər lenti

Liberiya prezidentinin oğlu "Yuventus"a transfer olundu
İdman15:53 01.07.2023

Liberiya prezidentinin oğlu "Yuventus"a transfer olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
23 yaşlı yarımmüdafiəçi Timoti Vea "Lill"dən "Yuventus"a keçib. 
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Fransa klubu hücumçuya görə 10,3 milyon avro təzminat alıb. "Lill" onun performansına əsasən əlavə olaraq 2,1 milyon avro bilər. Veanın "Yuventus"la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Fransa çempionatının son mövsümündə Vea 29 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 14 milyon avro qiymətləndirir.
Timoti Vea əvvəllər "Milan”da oynamış hazırkı Liberiya prezidenti Corc Veanın oğludur. Oğul Vea əvvəllər "Seltik” və PSJ-də çıxış edib. Qətərdə keçirilən dünya çempionatında ABŞ milli komandasının heyətində oynadığı dörd oyunda bir qol vurub.
Aydın