Xəbər lenti

Liberiyalı futbolçu "Qəbələ"yə görə Müstəqillik Gününü qeyd edə bilmir
İdman14:15 26.07.2016

Liberiyalı futbolçu "Qəbələ"yə görə Müstəqillik Gününü qeyd edə bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Liberiyanın Müstəqillik Günüdür. 1847-ci ilin iyulun 26-da Liberiya ABŞ müstəmləkəçiliyindən çıxmasına dair Müstəqillik Bəyanatı imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, ölkəmizdə də liberiyalı futbolçu çıxış edir. Bu, "Qəbələ" klubunun yeni transferi Teo Uiksdir.

O, 2 gün sonra Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" komandası ilə qarşılaşacaqlarından Müstəqillik Gününü xüsusi qeyd etməyəcəyini bildirib: "Düzünə qalsa, digər liberiyalılar kimi Müstəqillik Gününü qeyd etməyi mən də istərdim. Ancaq bizim çox vacib bir oyunumuz var. Mənim klubum Fransanın güclü komandasına qarşı vacib oyun keçirəcək. Ona görə də mən daha çox bu matça diqqətimi yönəltməliyəm. Biz səfərə gedirik və bizə evdən kənarda yaxşı nəticə qazanmaq lazımdır. Mən bu gündə məşq edəcəyəm. Çünki komandaya uyğunlaşmaq və uşaqlara kömək etmək istəyirəm".

Qaynarinfo.Az