"LİBRAFF" kitab mağazaları şəbəkəsi barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.
Əhməd