
I dəstə klubu "Şahdağ"ın yeni transferi Viktor Emenayonun yaşının 40 olduğu iddia edilir. Ancaq rəsmi sənədlərdə nigeriyalı futbolçunun yaşının 22 olduğu, yəni dekabrın 30-da 23 yaşını qeyd edəcəyi göstərilir.
Qaynarinfo.Az xəbər verir ki, afrikalı futbolçu bu iddialara pasportunun şəklini göstərməklə cavab verib: "Kimsə necə iddia edə və ya müəyyənləşdirə bilər ki, mənim yaşım 23-dən çox görünür? Pasportum göstərir ki, mən 1993-cü ildə doğulmuşam və heç kim bunu müzakirəyə çıxara bilməz. Onlar mənim valideynlərimdir ki, deyirlər ki, mən pasportdakı ildə doğulmamışam?".

Qeyd edək ki, ampluaca hücumçu olan Viktor Emenayo yenidən sağlamlıq nəzarətindən keçiriləcək və bundan sonra klub tərəfindən bu barədə rəsmi açıqlama veriləcək. Onu da bildirək ki, bu məsələ bütün dünya mətbuatında işıqlandırılıb.
Qaynarinfo.Az