Litva hökuməti Ukraynaya 15 milyon avro dəyərində hərbi yardım göndərəcək.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Litva müdafiə nazirliyi press-relizində
yazıb.
Litvanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələri Ukraynaya göndəriləcək yardımı 20 M113 zirehli, 10 hərbi yük və 10 minadan təmizləmə maşınlarından ibarətdir.
Ümumilikdə, Litvanın Ukraynaya indiyədək maliyyə dəstəyi təxminən 100 milyon avroya çatıb.
"Bizim və müttəfiqlərimizin koordinasiyalı dəstəyi Ukraynanın qələbəsi və qələbədən sonra onun suverenliyinin müdafiəsi üçün həlledici amildir”, - müdafiə naziri Arvydas Anuşauskas bildirib.
Müdafiə naziri deyib ki, Litvanın Ukryaynaya dəstəyi müharibədən əvvəl başlayıb.
"Litva hələ müharibə başlamazdan əvvəl silahlanmada ilk dəstəyini verdi və indi biz ukraynalılar üçün vacib olan əlavə effektiv dəstək haqqında düşünürük", - Anuşauskas deyib.
Litvanın Ukraynaya hərbi dəstəyinə Stinger hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatları, termal görüntülər, pilotsuz təyyarələr və müşahidə radarları daxildir.
Nurlan Hüseynov
Şərhlər