Xəbər lenti

Livan müharibə hazırlıqlarına başlayır? (ŞƏRH)
Dünya 22:35 14.11.2023

Livan müharibə hazırlıqlarına başlayır? (ŞƏRH)

"Livanda ikinci böyük cəbhə açılması ehtimalı azdır, lakin belə gedişatı inkar etmək də olmaz”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İsrailin Livana hücum ehtimalını şərh edərkən deyib.
 


Ekspert qeyd edib ki, hazırda faktiki olaraq, Livan sərhədində müharibə gedir:

”İsrail ordusu Livanın cənubunda Hizbullah-ın mövqelərini vurur, qarşı tərəf də cavab atəşi açır, hər iki tərəfdən itkilər var. Lakin Livana hücum və aktiv döyüş əməliyyatlarının başlaması İsrail üçün risklidir. Çünki bu halda onlar qüvvələrini bölməli olacaq, üstəlik sərt müqavimətlə qarşılaşa bilərlər. Doğrudur, İsrailin radikal sağçı siyasətçiləri Livana hücum edib, müharibənin miqyasını genişləndirmək və ABŞ-ı müharibəyə cəlb etmək istəyirlər, lakin Vaşinqton bunu istəmir”. 
K.Rövşənoğlu bildirib ki, ərəb mediası ABŞ müdafiə naziri Ostinin İsrailli həmkarına Livanda Hizbullahla ikinci cəbhə açmamaq barədə xəbərdarlıq etdiyini yazıb:
”Livanda ikinci böyük cəbhə açılması ehtimalı azdır, lakin bu versiyanı görməzdən gəlmək də doğru deyil. Çünki Hizbullah liderinin də dediyi kimi, vəziyyət hər an dəyişə, böyük müharibəyə çevrilə bilər”. 

Qeyd edək ki, İsrail Baş Qərargahının rəhbəri, general-leytenant Hersi Halevinin bildirdiyinə görə, İsrail ölkənin şimalının təhlükəsizliyini təmin etmək üçün operativ plan hazırlayır. Bununla bağlı olaraq  ötən gün Halevi ÇAXAL-ın Şimal komandanlığı ilə müşavirə keçirib. Burada müdafiə və hücum  planının təsdiqləndiyi bildirilib. Halevi həmçinin  orduya tam qüvvə ilə yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->