Xəbər lenti

"Liverpul" hücumçusu ilə yolları ayırdı
İdman10:18 09.06.2022

"Liverpul" hücumçusu ilə yolları ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liverpul" Divok Origi ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçunun iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb.
Belçika millisinin üzvü komandanı azad agent qismində tərk edib. "Liverpul" qapıçı Loris Karius və icarə əsasında başqa komandalarda oynayan Şeyi Odjo və Ben Vudburnla da yollarını ayırıb. Origi müxtəlif vaxtlarda Almaniya "Volfsburq"una və Fransa "Lill"inə icarəyə verilib. Hücumçu Mersisayd klubu ilə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.
O, 2014-cu ildən "Liverpul"un formasını geyinirdi.
Səbuhi Həsənov