Xəbər lenti

İdman 15:24 28.11.2023

"Liverpul"un futbolçusu məşhur şirkətlə bahalı müqavilə bağladı

"Liverpul"un futbolçusu Trent Alexander Arnold ayaqqabı sponsorluğu üçün "Adidas" ilə müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, "Daily Mail" "Adidas"la əməkdaşlığa başlayan futbolçunun bu müqavilədən 33 milyon dollar qazanacağını bildirib. Bununla da Avropanın ən böyük sponsorluq müqavilələrindən birinə imza atıldığı vurğulanıb.

Bu mövsüm "Liverpul"un heyətində 15 matçda iştirak edən Trent Alexander Arnold bir qola, üç məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->