
Bu gün Lökbatandan qazdan kütləvi zəhərlənmə baş verib.
Minval.az-ın məlumatına görə, Lökbatanda zəhərlənmə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 4-ü uşaqdır.
***
Bakının Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə ilə bağlı ilk ölüm xəbəri gəlib. Musavat.com xəbər verir ki, Lökbatan qəsəbəsinin sakini Natalya Məmmədova dünyasını dəyişib.
Xatırladaq ki, bu gun Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki dörd beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Sakinlər bildiriblər ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
***
Qaynar.info xəbər verir ki, bu barədə ANS-in “İç xəbər” proqramında məlumat verilib. Məlumata görə, Lökbatanda səhər saatlarından etibarən qazın verilməsində fasilələr yaranıb.
Qazın tam verilməsi bərpa olunandan sonra isə kütləvi zəhərlənmələr baş verib.
Sakinlərin sözlərinə görə, qazdan xüsusi qoxu gəlir və bu da zəhərlənməyə səbəb olub.
Azəriqaz-ın sözçüsü isə əhalini təşvişə düşməməyə çağırıb.
***
Lökbatanda qazdan zəhərlənənlərin sayı açıqlanıb. İlkin məlumata görə onların sayı100 nəfərdir.
***
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.
İcra başçısı bildirib ki,özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
Xəsətələrin aparıldığı Qaradağ Mərkəzi Rayon Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya hadisə nəticəsində ölən olmadığı bildirilib.
Qaynar.info