Xəbər lenti

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti AÇIQLANDI
Ölkə09:00 22.04.2016

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti AÇIQLANDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən məlumata görə, əvvəlcədən də xəbər verildiyi kimi, aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).
Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə aşağı enib. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.
Qaynarinfo.az