Xəbər lenti

Ölkədə illik inflyasiya açıqlandı
Ekonomiks13:24 16.05.2013

Ölkədə illik inflyasiya açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4%, əvvəlki ilin yanvar-aprel aylarına nisbətən isə 1,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, aprel ayında ölkədə ərzaq məhsulları, içki və tütünün qiymətləri əvvəlki aya nisbətən 0,9% bahalaşıb, qeyri-ərzaq məhsulları və xidmət tarifləri isə əvvəlki səviyyədə qalıb.

Yanvar-aprel aylarında ərzaq məhsulları, içki və tütünün qiymətləri 0,8%, qeyri-ərzaq məhsulları 0,4%, xidmət tarifləri isə 3,3% artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə illik inflyasiya 1,2% təşkil edib.

Qaynar.info