Xəbər lenti

Ölkədəki avtomobillərlə bağlı maraqlı statistika
Ölkə08:57 12.08.2016

Ölkədəki avtomobillərlə bağlı maraqlı statistika

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya təcrübəsində istismar müddəti 5 ili ötən avtomobillər köhnə avtomobil kateqoriyasına aid edilir. 2008-c ildə Azərbaycanda istismar müddəti 5 ilədək olan avtomobillərin ümumi avtoparkda payı 20% olub

Qaynarinfo.Az xəbər verir ki bu barədə məlumatı iqtisadçı ekspert Rövşən Ağayev paylaşıb.

Rövşən Ağayev istismar müddəti 5 ilədək olan avtomobillər 2015-ci ildə 15%-ə enib:"Əvəzində 10 ildən çox istismar müddəti olanların xüsusi çəkisi 54%-dən 67%-ə yüksəlib.2008-2015-ci illərdə istismar müddəti 5 ilədək olan avtomobillərin sayı cəmi 29 min ədəd artıb, 10 ildən çox istismar müddəti olanların sayı isə 163 min ədəd artıb". 

Ekspert bir maraqlı nüansa da toxunub:"2012-ci ildə 5 ilədək olan avtomobillərin sayı 221 min ədədə çatmşdı, 2015-ci ildə bu rəqəm 197 minə enib - 3 ildə 24 min azalma.Avtomobil parkının strukturu ölkədə iqtisadi durumu, əhalinin gəlirlərinin səviyyəsini, yoxsul və zəngin əhali qruplarının gəlirəri arasında real fərqləri göstərən ən aşkar indikatorlardan biridir".

Qaynarinfo.Az