Xəbər lenti

Ölkəsinə getməkdən imtina edən idmançıya Polşa viza verdi
İdman07:36 03.08.2021

Ölkəsinə getməkdən imtina edən idmançıya Polşa viza verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020-də çıxışını başa vurduqdan sonra vətəni Belarusa getməkdən imtina edən Kristina Tsimanovskaya üçün başqa ölkə viza verib.
Qaynarifo "NTVspor"a istinadən xəbər verir ki, Polşa idmançıya "insani viza" verdiyini açıqlayıb. Polşanın Xarici İşlər Nazirinin Köməkçisi Marçin Prizdaç belaruslu sprinterə viza verdiklərini bildirib. Prizdaç tvitter vasitəsilə verdiyi açıqlamada idmançı karyerasını davam etdirməsi üçün 24 yaşlı Tsimanovskayaya lazımi şəraitin yaradılacağını ifadə edib. 
Artıq sözügedən ölkənin Yaponiyadakı səfirliyinə daxil olan idmançı ilə bağlı hüquqi və rəsmi işlər yekunlaşdıqdan sonra Polşaya yollanacaq.
Tokio-2020-də uğursuz çıxışından sonra komandanın məşqçilərini tənqid edən Timakovskaya Belarusa qayıtmamamaq qərarına gəlmişdi.
Səbuhi Həsənov