Xəbər lenti

“Location”də partlayışa görə həbs edilənlər Ali Məhkəməyə müraciət etdilər (FOTO)
Ölkə16:10 08.08.2023

“Location”də partlayışa görə həbs edilənlər Ali Məhkəməyə müraciət etdilər (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ilin aprelin 3-də paytaxtın Səbail rayonu ərazisində, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən şəxslər Ali Məhkəməyə müraciət edib. 
Qaynarinfo-nun məlumatına görə, Ali Məhkəmədə həbs edilən "Merser Food" MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərli Məhərrəm oğlu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov Nazim oğlunun işinə yenidən baxılacaq. 
İclasın vaxtı isə bu ilin sonuna -  06.12.2023-cü il tarixə təyin edilib. İşə Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə baxılacaq. 
İclasda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov təqsirləndirilən şəxs qismində dindiriləcək. 
Xatırladaq ki, hadisə ötən ilin aprelin 3-də "Tarqovı" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb. Hadisə zamanı 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib. Ümumilikdə isə zərərçəkmiş qismində 52 nəfər tanınıb. 
İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
Hadisəyə görə, klubun meneceri Orxan Səfərli 4 il, administrator Rəsul Rəsulov 5 il, FHN-in ərazi inspektoru Ruslan Məmmədov 4 il müddətə azadlıqdan məhrum edilib. Ruslan Məmmədovun cəzası şərti hesab edildiyindən o həbs olunmayıb.
Əhməd