Xəbər lenti

Lombarddan pul götürənlərin sayı niyə artıb?
Ölkə17:58 13.04.2015

Lombarddan pul götürənlərin sayı niyə artıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Apardığımız müşahidələr göstərir ki, son vaxtlar lombardlara müraciət edənlərin sayı artıb. Təcili pula ehtiyacı olanlar bu borc məntəqələrinə müraciət edirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, banklardan alınan kreditlərin faiz dərəcələrinin lombardlara nisbətdə az olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmaqda davam edir. Statistik məlumatlara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı iki dəfə artaraq 1200-ə çatıb. 
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanda lombardların sayının çoxalması 2014-cü ildən başlayıb: “Buna  2014-cü ildə Mərkəzi Bankın bank sektorunda kreditləşmə ilə bağlı apardığı müəyyən islahatlar səbəb oldu. Belə ki, iş yerindən arayışların tələb edilməsi krediti olan vətəndaşların təkrar kredit götürməsinə əngəllərin yaranması, gecikmələri olan vətəndaşların kredit götürə bilməməsi, digər maliyyə mənbələrinə, o cümlədən lombardlara müraciət edilməsinə gətirib çıxardı.”
R. Həsənovun sözlərinə görə, bu sektorda işin daha da böyüməsi nəticəsində təbii ki, lombardların sayı sürətlə artdı. Bu il isə xüsusilə devalvasiyadan sonra yaranmış vəziyyət tendensiyanı daha da sürətləndirəcək: “Demək olar ki, banklar kreditləşməni minimuma endirib. Hətta bəzi banklar var ki, kredit vermirlər. O, cümlədən də Azərbaycanda çox ciddi şəkildə nağd pul qıtlığı yaranır. Artıq bu hiss olunmaqdadır. Hazırda real sektor bunun ciddi şəkildə problemləri ilə üzləşib. Həmçinin vətəndaşlar borc öhdəliklərini icra edə bilmək üçün alternativ maliyyə mənbələrinə, o cümlədən də lombardlara üz tuturlar. Bir çox hallarda vətəndaşın pul əldə etməsi üçün müəyyən imkanlar var. Belə ki, sadəcə girov tələbə olunur, iş yerindən arayış tələb olunmur. Kreditləşmə çox qısa müddətdə 1-2 saata həll edilir. Faktiki olaraq ölkədə digər alternativ maliyyə mənbəyi yoxdur. Banklardan sonra qara bazardır, yəni sələmçilər. Bunlarla əlaqə yaratmaq hər bir vətəndaşa nəsib olmur. Çətin prosesdir və eyni zamanda onların faizləri daha yüksəkdir. Lombardlar banklarla qara bazar arasında ortaq mövqedə dayanıb.”
Ekspert deyir ki, manatın dəyər itirməsindən sonra lombardlar da krediti xarici valyuta ilə verməyə cəhd göstərəcəklər: “Hazırda ölkə iqtisadiyyatının gələcək istiqamətlərini müəyyənləşdirmək çox çətindir. Situasiyanın təhlili də onu göstərir ki, Azərbaycan manatının dayanıqlığı kifayət qədər zəifdir. Belə olduğu təqdirdə böyük ehtimalla kredit portfelini xarici valyutadan formalaşdıracaqlar. Manat olacaqsa da faizləri artıracaqlar. Hazırda faizlər 30-65 faiz arasında dəyişir. Daha çox geniş yayılmış isə 30-40 faizdir.”
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar lisenziya əsasında fəaliyyət göstərir.//analitik.az
Qaynar.info