Xəbər lenti

Londonda “Bilik” Azərbaycan məktəbi açılır
Ölkə17:52 25.09.2019

Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın paytaxtı Londonda "Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq. 
"Report”un yerli bürosu xəbər verir ki, məktəbin açılışı oktyabrın 6-da baş tutacaq. 
Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəbləri ilə birgə yaradılan "Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək. 
Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.