Xəbər lenti

Londondakı Azərbaycan Evinin rəhbəri vəfat etdi
Ölkə 17:56 03.07.2026

Londondakı Azərbaycan Evinin rəhbəri vəfat etdi

Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:

"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Doktor Ataların əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->