Xəbər lenti

Lotu Qulinin vəkilindən əfv AÇIQLAMASI
Ölkə05:57 02.07.2014

Lotu Qulinin vəkilindən əfv AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

8 saylı cəzaçəkmə müəssisəsində cəza şəkən "Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifov əvf olunmaq üçün müraciət etməsə də bunu anası və övladları edə bilər.

İnterpress.az-a açıqlamasında N.Səlifovun vəkili Təranə Əliyeva belə deyib.

Vəkilin sözlərinə görə Lotu Quli özü müraciət etməyi düşünmür: "10-cu ildir ki, təkadamlıq kamerada saxlanılır. İndiyə qədər heç nə ilə bağlı bir dəfə də olsun müraciət etməyib. Əfvlə bağlı da yəqin ki, heç zaman özü müraciət etməyəcək. Ancaq mən müdafiə etdiyim şəxsin azadlığa buraxılmasını istəyirəm. Buna görə də bütün imkanlardan istifadə edəcəyəm. 2 il əvvəl anası əfvlə bağlı müraciət etmişdi. Yəqin ki, yenə də əfv üçün anası, uşaqları müraciət edə bilər. Qızının artıq 18 yaşı var, onların gələcəyi var". 

N.Səlifovun cəzasının qalan hissəsini çəkmək üçün Gürcüstana ekstradisiyasına gəlincə, vəkil bu məsələnin hələlik dondurulduğunu vurğulayıb: "Müəyyən səbəblərdən bu məsələni hələlik dayandırmışıq. Bütün şəxsi işinə baxmışıq, orda Nadir Səlifovun Azərbaycan vətəndaşı olması ilə bağlı heç bir sənəd yoxdur. Onun ancaq SSRİ zamanında Gürcüstanda alınmış doğum haqqında şəhadətnamə və pasportu var. 1995-ci ildə həbs olunub, o vaxta qədər vətəndaşlıq haqqında yeni sənəd almayıb. Amma maraqlıdır ki, bütün cinayət işlərində onun Azərbaycan vətəndaşı olduğu yazılır, halbuki, Nadir Səlifovun Azərbaycan vətəndaşı olması ilə bağlı heç bir sənədi yoxdur". 

Qaynar.info