Xəbər lenti

Lüğət ehtiyatını necə zəngiləşdirmək olar? - TƏKLİF
Ölkə18:17 03.03.2014

Lüğət ehtiyatını necə zəngiləşdirmək olar? - TƏKLİF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lüğət ehtiyatının zənginləşdirilməsi  yolları        

Uşaq məktəbə gələnədək təlim əməyi ilə  məşğul olmaq üçün  kifayət qədər söz ehtiyatına yiyələnməlidir.Çox təəssüflər olsun ki, apardığımız müşahidələr işin heç də bu yerdə olmadığını göstərir. Bu vəziyyət müəllim ilə şagird arasında ünsiyyəti çetinləşdirir. Bəzi müəllimlər elə hesab edirlər ki, lüğət ehtiyatının zənginləşdirilməsi dedikdə, yalnız aşağı  siniflərdə görülən işlər nəzərdə tutulur. İşin əsli isə belə  deyil, lüğət üzrə işlər orta məktəbin 1ci sinfindən 11ci sinfinə  qədər sistemli şəkildə həyata keçirilməlidir. Lüğət ehtiyatının zənginləşdirilməsi dedikdə, şagirdlərin söz ehtiyatının mənası onlara məlum olmayan yeni sözlərin mənimsədilməsi hesabına artırılması nəzərdə tutulur. Bu dövrdə artıq, sagirdlər ictimaiyyətdə hamı tərəfindən işlənən sözlərin çoxuna bələd olurlar. Bu isə, şagirdlərin böyüklərlə ünsiyyətə daha çox meyl etməsiylə  bağlıdır.

Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işlərdə əsas  amil sözün mənasının anlaşılmasıdır. Sözün mənasının mənimsədilməsilə bağlı işin mürəkkəb tərkibi həmin sözlə ifadə olunan əşya və hadisənin təsiri  ile, birleşdirilməlidir. Yalnız bu zaman söz fikrin yaranması və ifadə olunması  rolunu oynaya bilər. Sözün mənasının izahı üçün onun təbiətini bilmək lazımdı.                      

Sözün mənası daxili, səslənməsi ise, onun xarici cəhəti hesab olunur. Əgər sözün səs kompleksi real təsəvvürlərdən məhrum olarsa, o , fonetik  elementlerə malik olsa belə, mənasız bir şeyə  çevrilər.  Uşağın söz ehtiyatı onun təsəvvürlərinə uyğun olmalıdır. Şagird  kifayət qədər söz ehtiyatına malikdirsə və onu ifadə etməyə  söz tapmırsa, nitqi  kasıb olacaqdır. Nitqi kasıb şagirdin fikrini çatdırma tərzi müxtəlif mimikaların, jestlərin və s.nin köməyi ilə olacaqdır ki, bu da şagirdlərin rabitəli nitqə yiyələnməsinə böyük maneə törədir. Uşaq inkişaf etdikcə, onun təsəvvürləri genişlənir və nəticədə uşağın beynində əşyaların  tamlığı, dərinliyi, düzgünlüyü artır.                                        

Təlim prosesində sagirdlərin lüğət ehtiyatı əsasən, oxu və  Azərbaycan dili dərslərində zənginləşdirlir. Oxu dərslərində arxaik sözlər, yeni sözlər və müxtəlif  ifadələr şagirdlərin  nitqinə daxil olur, Azərbaycan dili dərslərində müxtəlif nitq hissələrinə aid rəngarəng mənalar kəsb edən sözlər şagirdlər tərəfindən mənimsənilir.    

Lüğət üzrə iş prosesində sözlərin seçilməsi əsas diqqət tələb edən amillərdəndi. Söz seçilərkən müəllim şagirdlərin lüğət ehtiyatına bələd olmalı, mövzu ilə bağlı sözləri lüğətlerinə daxil etməli, yeni sözler dəqiq müəyyənləşdirilməlidir.

Yeni sözlərin mənimsədilməsi zamanı bir çox amillərə diqqət yetirmək lazımdı. Şagirdlərin ümumi inkişaf səviyyəsi, psixololji xüsusiyyətləri mənimsədiləcək sözlərin çoxmənalılığı ,ümumişləkliyi, terminliliyi, orfoqafik və mofoloji xüsusiyyətləri və sarə.

Ümumiyyətlə, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə kömək edən bir çox amillər vardır.     

- Dərslik və dərs vəsaitləri,         

- Sinifdənxaric və  mətəbdənkənar oxu materialları.              

- Müşahidə və ekskursiyalar

- Məktəb və ailədəki nitq lüğəti,

- Televizya və radio verilişləri

- Teatr və  kino tamaşaları.           

Şagird lüğətinin  zənginləşdirilməsinə daha çox kömək edən aşağıdakı  işlərdən sistemli şəkildə istifadə olunmalıdır        

1.Yeni sözlərin izahı və  nitqin obrazlı  ifadəsi üzrə  işlər.

2.Gəzinti  və  ekskursiyaların təşkili

3.Bədii mətinlər və  qrammatik çalışmalar üzre işlər.             

Ümumiyyətlə, müəllim şagirdlərin rastlaşdığı yeni sözlərin mahiyyətini, mənasını aydınlaşdırmalı və digər sözlərlə əlaqəli şəkildə işləndiyi zaman  daha hansı mənaları ifadə edə biləcəyini izah etməlidi.

Şagirdlərin lüğətinə yeni daxil olmuş sözlər sonrakı dərslərdə   istifadə olunmazsa,o sozlər tez bir muddətdə unudular.Buna göre də şagirdlərin lüğətinə yeni  daxil olmuş sözləri müxtəlif  deyimlərdə,atalar sözlərində,çalısmalarda təkrarlamaq lazımdı..Bu zaman yeni sözlər şagirdlərin nitqində daha cox fəallaşacaq  və  şüurlu şəkildə  dərk ediləcəkdir.

Lüğət ehtiyatının zənginləsdirilməsi üzre işlər yalnız məktəbin işi olmayıb,ailə və şagirdi əhatə edən muhitlə də sıx şəkildə əlaqəlidi.    

Fərzəliyeva Türkan ADPU Magistr

Qaynar.info