Xəbər lenti

Luis Enrike İspaniya millisindən istefa verdi - Yeni baş məşqçinin adı açıqlandı
İdman 16:19 08.12.2022

Luis Enrike İspaniya millisindən istefa verdi - Yeni baş məşqçinin adı açıqlandı

Futbol üzrə İspaniya millisi baş məşqçisiz qalıb. 

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, bu ölkənin futbol federasiyasından verilən məlumata görə, Luis Enrike vəzifəsini tərk edib.

"RFEF səmimi qəlbdən Enrike və komandasına gələcək karyeralarında uğurlar arzulayır. Məşqçi onun həmişə öz evi olacaq milli komandanın və bütün federasiyanın məhəbbət və heyranlığını qazanıb”, - federasiyanın saytında deyilir.

Enrikenin "qırmızı furiya”nın baş məşqçi postunu tərk edəcəyi bir gün əvvəl məlum olub. İstefa gözlənilən idi, çünki ispanlar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsini keçə bilməyiblər. Penaltilər seriyasında isə sensasion şəkildə Mərakeş millisinə uduzublar.

Luis Enrike 2018-ci ildən İspaniya millisinə rəhbərlik edir.

İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yeni baş məşqçinin adını da açıqlayıb. Bu vəzifə Luis de la Fuenteyə tapşırılıb. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->