Xəbər lenti

Lukaku "Çelsi"dən gedir
İdman07:53 04.01.2022

Lukaku "Çelsi"dən gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Romelu Lukaku "Çelsi" ilə yollarını ayırmağa hazırlaşır. 
Qaynarinfo xəbər verir ki, bu haqda "La Gazetta dello Sport" yazıb. Məlumata görə baş məşqçi Tomas Tuxellə anlaşma problemi yaşayan belçikalı hücumçu fikrini qətiləşdirib. Onun "Totenhem"ə keçəcəyi bildirilir. "Çelsi" ilə müqaviləsi 2026-cı ildə bitəcək Lukaku "İnter"də birlikdə çalışdığı Antonio Kontenin rəhbərlik etdiyi Hotspur təmsilçisində oynamaq istəyir.
28 yaşlı futbolçu bir müddət əvvəl "Sky Sports"a verdiyi müsahibəsində Tuxelin oynatdığı taktikadan narazılıq etmiş və "İnter"ə qayıtmaq istədiyi barədə fikirlər səsləndirmişdi.
Lukaku bu mövsüm London təmsilçisi ilə 17 matçda 7 qola və 2 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov