Portuqaliyada kanoeçi Katarina Sekeyra ölümündən sonra uşaq dünyaya gətirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin sonlarında kəskin astma səbəbilə xəstəxanaya yerləşdirilən 26 yaşlı idmançının beyin ölümü gerçəkləşmişdi. Həmin dövrdə 19 həftəlik hamilə olan Katarina 3 ay ərzində süni aparata qoşulub və körpənin inkişafı təmin edilib. Doğuşdan sonra Sekeyra aparatdan ayrılıb və onun ölümü təsdiqlənib. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu bildirir.
Qeyd edək ki, Katarina Sekeyra Portuqaliyanı Dünya və Avropa Çempionatında təmsil edib. İdmançı 2014-cü ildə yarışlardan uzaqlaşıb.
Gülşən