Xəbər lenti

Maaş və pensiyalar artırılacaq? - ŞƏRH
Ekonomiks08:50 05.12.2016

Maaş və pensiyalar artırılacaq? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yaxın gələcəkdə gəlirlərin kəskin artımını gözləmək əbəsdir".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yaşayış minimumu ilə bağlı şərhində deyib.

Natiq Cəfərli bildirib ki, yanvarın 1-dən rəsmi infilyasiya qədər sosial müavinətlərin və təqaüdlərin baza hissəsinə 11-12 faizlik indeksləşmə aparılacaq: "Bu mütləq baş verəcək. Çünki buna görə qanunvericilikdə nəzərdə tutulmuş bir müddəa var. Rəsmi infilyasiya səviyyəsindəki indeksləşmədən əlavə maaş, təqaüd artımı 2017-ci ildə gözlənilmir. Çünki büdcə layihəsinin ilikin təqdimatında bununla bağlı heç bir mənbə yoxdur". 

Ekspertin fikrincə, ehtimallardan biri ondan ibarətdir ki, gələn ilin ilk aylarında kəskin artım müşahidə olunacaqsa və ölkənin gəlirləri kifayət qədər artacaqsa, may ayında büdcəyə yenidən baxıla, artımlar nəzərdə tutulabilər: "Amma təssüf ki, indiki büdcə layihəsində hər hansı bir artım nəzərdə tutulmur. Düşünmürəm ki, gələcəkdə də belə bir addım olsun".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda yaşayış minimumu ilə bağlı rəqəmlər doğru göstərilmir: "Normal indiqatorlara uyğun olaraq hesablamalar aparmaq mümkün deyil. Buna görə də məcburən başqa ölkələrin təcrübəsinə müraciət edirik. Məsələn, Türkiyədə 4 nəfərdən ibarət yaşayış minimumu 3000 lirəyə yaxındır. Bu da bizim pulla 1500 manat edir. Türkiyədə qiymətlərin Azərbaycandan baha olmadığını və hətta kənd təsərrüfatı məhsullarının, geyimin daha ucuz olduğunu nəzərə alsaq, kifayət qədər böyük bir rəqəmdir. Azərbaycanda 4 nəfərdən ibarət ailənin dolanması üçün bu parametrlərlə hesablasaq, təqribən 1000-1200 manat pul lazımdır. Burdan da belə bir nəticə çıxarmaq mümkündür ki, Azərbaycanda həm təqaüd, həm maaşlar dəfələrlə artmalıdır. Ancaq reallıq budur ki, indiki büdcə və gəlir səviyyəsi ilə buna imkan yoxdur". 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az