
FİFA İspaniyanın "Real" və "Atletiko" klublarını cəzalandırıb.
Qaynarinfo.Az xəbər verir ki, buna səbəb Madrid klublarının 18 yaşadək olan futbolçuların transferində qayda pozuntusuna yol verməsidir.
Hər iki klub yanvaradək heyətinə heç bir futbolçu qata bilməyəcək. Bu müddətdə həyata keçirilən transferlər qurum tərəfindən təsdiqlənməyəcək. "Atletiko" bu qərarın düzgün olmadığını və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.
Qeyd edək ki, 2014-cü ildə analoji hadisəyə görə, FİFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubunu da cəzalandırıb.
Xatırladaq ki, FİFA Azərbaycanın "İnter" klubuna da transfer qadağası qoyub. Lakin bu cəza 1 yox, 2 transfer dönəmini əhatə edəcək. Üstəlik, "İnter"ə bu cəza ötən mövsüm əsas heyətdən bəzi futbolçularının pulunu ödəmədiyi üçün verilib.
Qaynarinfo.Az